Ötən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
2021-ci ildə 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Onlardan 466 min nəfəri sosial müavinətlə, 286 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Keçən il əhaliyə sosial müavinətlər üzrə 588 milyon manat, təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28% çox olmaqla 417 milyon manat ödənilib.
Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri (24 növ e-təyinat sistemi) işə salınıb və ötən dövrdə 220 min, o cümlədən 2021-ci ildə 120 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Mövzu ilə əlaqədar oxuyun:
Bu şəxslərin pensiyası 600-700 manat olub
2021-ci ildə pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb