II Qarabağ İqtisadi Forumu keçiriləcək – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

II Qarabağ İqtisadi Forumu keçiriləcək – FOTO

S.Xankişiyeva16:09 - 15 / 01 / 2022
II Qarabağ İqtisadi Forumu keçiriləcək – FOTO

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bu il II Qarabağ İqtisadi Forumu keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin verdiyi məlumata görə, bu barədə qurumun İdarə Heyətinin yığıncağında qərar qəbul edilib.

İctimai Birliyin sədri Xəyyam Əsgərov yığıncaqda çıxış edərək bildirib ki, ötən il keçirilmiş I Qarabağ İqtisadi Forumu ölkəmizdə, eyni zamanda, xaricdə, o cümlədən də KİV-də böyük maraqla qarşılanıb. Yerli və xarici mediada forum haqqında maraqlı və məzmunlu məqalələr dərc olunub, reportajlar hazırlanıb, sosial şəbəkələrdə geniş müzakirələr aparılıb.

Yazılarda ilk dəfə keçirilmiş bu forumda işğaldan azad edilmiş torpaqlarımızda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, çiçəklənən diyara çevrilməsi istiqamətində dövlətimizin gördüyü işlər və gələcək planlar haqqında səmərəli müzakirələrin aparılması, mühüm təkliflər irəli sürülməsi yüksək qiymətləndirilib. Bütün bu faktlar cari ildə də II Qarabağ İqtisadi Forumunun keçirilməsini zəruri edir. Həm də nəzərə almaq lazımdır ki, ötən müddət ərzində azad edilmiş ərazilərdə böyükmiqyaslı işlər görülüb, ciddi layihələr həyata keçirilib. Forumun tarixi, təşkilati işləri, müzakirə olunacaq məsələlər haqqında rəy və təkliflər növbəti yığıncaqlarda nəzərdən keçiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin qeyd olunub ki, “İMZA”nın xüsusi ilə də sosial şəbəkələrdəki fəaliyyəti ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu gün “İMZA” sosial şəbəkələrdə sayı milyonlarla ölçülən statistikaya malikdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin və millətimizin ali mənafeləri naminə gördükləri işlərin, fəaliyyətlərinin, dövlət tədbirlərinin, ictimai-siyasi, o cümlədən də sosial-iqtisadi həyatın bütün vacib məsələlərinin həm sosial şəbəkələrdə, həm də “imzainfo.az” portalında yüksək səviyyədə, peşəkarlıqla və operativ qaydada işıqlandırılması izləyicilər tərəfindən böyük maraqla qarşılanır.

Ötən il “İMZA”nın təşəbbüsü ilə ölkəmiz üçün mühüm günlər - ulu öndər Heydər Əliyevin anım günü, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Novruz bayramı və digər günlərlə bağlı müxtəlif tədbirlər, görüşlər, yığıncaqlar keçirilib. “İMZA”çılar adından 8 Noyabr - Qələbə Günü münasibətilə xüsusi videoçarx hazırlanıb. Həmin videoçarxda əcnəbi ictimai-siyasi xadimlər, deputatlar, diplomatlar, jurnalistlər, politoloqlar, incəsənət xadimləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, xalqımıza və dövlətimizə Qələbə münasibətilə təbriklərini çatdırıblar. Bununla yanaşı, ötən il regionlarda şəhid və qazi ailələri ilə görüşlərdə İctimai Birlik fəallıq göstərib, bu cür çox mühüm və milli borc mahiyyətli, əhəmiyyətli tədbirlərdən öz dəstəyini əsirgəməyib, bu məqsədlə müxtəlif təkliflər irəli sürüb.

“İMZA” könüllüləri isə Birliyin bütün tədbirlərində böyük fəallıq göstəriblər.

Qurumun İdarə Heyətinin toplantısında o da vurğulanıb ki, “İMZA” xarici əlaqələrini bundan sonra da genişləndirmək niyyətindədir. Belə ki, tədricən xarici ölkələrdə nümayəndələr təyin olunacaq və bu seçimlərdə əsas meyar Azərbaycan dövlətinə və millətinə bağlılıq, milli maraqlarımıza sədaqətlə xidmət etmək olacaq. İdarə Heyətinin qərarı ilə ilk xarici nümayəndə qardaş Türkiyədə fəaliyyət göstərəcək. “İMZA”nın Türkiyə nümayəndəsi yekdilliklə qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç seçilib. O, müvafiq sənədləri imzalayıb. Qurumun sədri Xəyyam Əsgərov H.Kılıça İctimai Birliyin üzvlük vəsiqəsini təqdim edib. “İMZA”nın rəhbəri bildirib ki, qardaş ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü günlərinə təsadüf etmiş bu təyinat həm də rəmzi məna daşıyır. Biz Türkiyəni öz ölkəmiz hesab edirik və ona görə də belə bir qərar qəbul etmişik. Hulusi Kılıç isə uzun illərdir ki, məhz bu amallara-qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə sədaqətlə xidmət edir. Dövlətlərimiz arasında əlaqələrin inkişafında onun müstəsna xidmətləri var.

X.Əsgərov əlavə edib ki, Hulusi Kılıç həm də “İMZA” sədrinin İqtisadi məsələlər üzrə müşaviri vəzifəsini yerinə yetirəcək. Sədr kollektiv adından H.Kılıça gələcək fəaliyyətində uğurlar arzulayıb. “İMZA” İctimai Birliyinin Türkiyə nümayəndəsi, sədrin İqtisadi məsələlər üzrə müşaviri, fövqəladə və səlahiyyətli səfir H.Kılıç ona göstərilən bu etimada görə minnətdarlıq edib. Bir “İMZA”çı olaraq bundan sonra da xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfələr verəcəyini, İctimai Birliyinin layihələrinin həyata keçirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə keçirməyə çalışacağını və bunda da ən vacib prinsip kimi qəbul etdiyi “Bir millət, iki dövlət” məfkurəsini əsas götürəcəyini deyib.

Sonra “İMZA” İctimai Birliyinin 2022-ci il üçün nəzərdə tutulmuş digər planları, cari məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Paylaş:
768

Son xəbərlər

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər