TuranBank-ın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə texniki yardım layihəsi başa çatdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

TuranBank-ın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə texniki yardım layihəsi başa çatdı

S.Xankişiyeva11:35 - 18 / 01 / 2022
TuranBank-ın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə texniki yardım layihəsi başa çatdı

TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihə uğurla tamamlanmışdır.

MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətini əhatə edən layihənin əsas məqsədi TuranBank-ın kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanmasından ibarət olmuşdur. Layihə nüfuzlu Biznes və Maliyyə Məsləhət (Business & Finance Consulting GMBH BFC) konsultasiya şirkəti tərəfindən uğurla icra edilmişdir.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.

TuranBank

Bizimlə etibarlıdır...

Reklam hüququnda

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər