Virtual həcc ziyarəti - Metaverse ilə Kəbəyə necə getmək olar?
Səudiyyə Ərəbistanı, müsəlmanların Kəbə üzərindəki Həcərul-əsvəd daşını virtual olaraq ziyarət etmələrinə imkan verən bir Metaverse layiləsinə başlayıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, müsəlmanların bu daşı ziyarət etməsi üçün “Virtual Həcərul-əsvəd” adı verilən bir texnologiya təşəbbüsü ilə metaverse aləminə daşınıb. Bu sayədə, ziyarət virtual mümkün olacaq.
Kəbənin baş imamı olan Abdurrahman Sudeysi'nin keçən ay açılışını etdiyi virtual təşəbbüsü Ümmül-Kurra Universiteti ilə Sərgilər və Muzeylər idarəsinin ortaq layihəsi idi. Sudeysi, Məkkə və Mədinə məscidlərinin çox sayda tarixi və İslami mirasa malik olduğunu və bunun hamı üçün digitallaşdırmasının vacib olduğunu deyib.
Məscidül-Həramanın (Kəbə) rəsmi “Facebook” səhifəsinin paylaşımında, bu təşəbbüsün müsəlmanların “Məkkəyə həcc ziyərətindən öncə Həcərul-əsvəd təcrübəsi” təmin edildiyi ifadə edildi.
Layihədə virtual gerçəklik eynəkləri vasitəsilə insaların öz evlərindən ziyarət edə biləcəyi, Məkkədəki əsas həcc məkanlarının bir simulyasiyası yer alır.
Bu simulyasiyanın sadəcə görmə və eşitmə hissinə xitab etmədiyini, eyni zamanda istifadəçilərin toxunma və qoxu hissinin də yaşanacağı ifadə edilir.
Metaverse ile Kəbə, həccin qəbul olub olmadığına dair bir məlumat ve açıqlama hələki yoxdur.