Azərbaycana gətirilən Aİ-92 və Aİ-95 benzini gömrük rüsumundan azad edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycana gətirilən Aİ-92 və Aİ-95 benzini gömrük rüsumundan azad edilib

S.Xankişiyeva17:35 - 29 / 01 / 2022
Azərbaycana gətirilən Aİ-92 və Aİ-95 benzini gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

1news.az-ın verdiyi xəbərə görə, Baş nazir Əli Əsədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Bu qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər