Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib - FOTO

S.Xankişiyeva15:38 - 01 / 02 / 2022
Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib - FOTO

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbiri ziyarət edib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Səfər fevralın 2-dək davam edəcək.

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər