Azərbaycan XİN-dən Ermənistan xarici işlər nazirinə CAVAB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN-dən Ermənistan xarici işlər nazirinə CAVAB

Qafar Ağayev14:52 - 02 / 02 / 2022
Azərbaycan XİN-dən Ermənistan xarici işlər nazirinə CAVAB

Ermənistan xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, ölkəmizin suveren torpaqlarında hər hansı beynəlxalq təşkilatın fəaliyyəti, Azərbaycan ilə aidiyyəti beynəlxalq təşkilatın ikitərəfli məsələsidir.

1news.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırarkən belə deyib.

"Üçüncü dövlətin nümayəndəsinin bu xüsusda şərhi yersiz və əsassızdır. Yaxşı olardı ki, Ermənistan xarici işlər naziri bilavasitə ölkəsinin üzərinə götürdüyü öhdəliklərin icrası və bölgədə sülhün quruculuğu ilə bağlı məsələləri şərh etsin".

L.Abdullayeva deyib: "İlk növbədə, vurğulamaq istərdik ki, Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı və uğurla inkişaf edən münasibətləri mövcuddur. Ölkəmizin çoxtərəfli platformalarda fəal iştirakı, o cümlədən bir sıra təşkilatlarda uğurlu sədrlik təcrübəsi hər kəsə bəllidir.

Beynəlxalq təşkilatların Azərbaycan ərazisində fəaliyyətinə gəldikdə xatırlatmaq istərdik ki, BMT Baş Assambleyasının humanitar yardımın əlaqələndirilməsi ilə bağlı 1991-ci il 19 dekabr tarixli qətnaməsinə uyğun olaraq, bu kimi fəaliyyət qəbul edən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipli əsasında həyata keçirilməlidir. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti də məhz bu prinsipə uyğun həyata keçirilir",

Paylaş:
497

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər