“Omicron”un bir xəstədən digərinə yoluxması bir neçə dəqiqə çəkir - Baş infeksionist | 1news.az | Xəbərlər
Cəmiyyət

“Omicron”un bir xəstədən digərinə yoluxması bir neçə dəqiqə çəkir - Baş infeksionist

S.Xankişiyeva17:49 - 02 / 02 / 2022
“Omicron”un bir xəstədən digərinə yoluxması bir neçə dəqiqə çəkir - Baş infeksionist

Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır. Bunun əsas səbəbi yaxın təmaslardır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov məlumat verib.

“Yoluxmaların artması xüsusilə “omicron” ştamı ilə əlaqəlidir. Bu ştamın bir xəstədən digərinə yoluxması bir neçə dəqiqə çəkir. Koronavirus, əsasən, hava-damcı yolu ilə yayılır. Ona görə də “omicron” ştamı ilə yoluxmamaq üçün yaxın təmasdan qaçmaq lazımdır.

Əgər hazırda 10 nəfərdən 9-u yeddi gündən sonra ətrafındakıları yoluxdurmursa, deməli təcrid müddətinin 7 günlük qəbul edilməsinin ciddi əsası var. Bəzi xəstələr isə xəstəliyin 10 və ya 15-ci gününə qədər ətrafdakıları yoluxdura bilər. Xəstənin şikayəti olmadıqda, virus 5 gündən sonra yoluxduruculuq xüsusiyyətini tamamilə itirir. Belə olan halda, xəstə cəmi 7 gün ərzində qorunmalıdır.

Hətta xəstənin şikayətləri davam edəndə də virusun 7 gündən sonra yoluxduruculuğu çox aşağı olur. Belə olduqda, çölə çıxmaq olar, ancaq insanlarla məsafəni saxlamaq və tibbi maska taxmaq vacibdir. Vətəndaşlara xüsusilə 7 gün qapanma məsləhət görülür, çünki bundan sonra virusun yoluxduruculuq xüsusiyyəti, demək olar ki, sıfıra yaxınlaşır”.

Mövzu ilə əlaqədar oxuyun:

Redaksiyaya məktub: “Qeydiyyatda olduğum ünvanda yaşamıram. COVID-19 testinin götürülməsi üçün həkim birqadasını necə çağıra bilərəm?”

Redaksiyaya məktub: “Əgər 7 gündən artıq COVID-19 xəstəsiyəmsə, məndən işə qayıtmağımı tələb edə bilərlər?”

Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır

İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək

Koronavirusa yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək

Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişib

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər