Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən danışıb | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən danışıb

S.Xankişiyeva14:33 - 04 / 02 / 2022
Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən danışıb

“Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edib.

Bundan başqa, Böyük Britaniyanın Baş naziri Boris Conson da Kiyevdə səfərdə olub. Biz bu səfərləri, müzakirələri bir daha nəzərdən keçirib, addım atmaq istəyirik”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib.

“Qardaşım İlham Əliyevlə onun Ukraynaya səfərindən sonra bəzi müzakirələrimiz oldu. Əsas məsələ odur ki yubanmadan bu problemin həlli istiqamətində əlimizdən gələni edək”, - R.T.Ərdoğan vurğulayıb.

Dövlət başçısı bildirib ki, Türkiyə-Ukrayna əməkdaşlığı bütün regiona fayda verəcək: “Ukraynada apardığımız müzakirələrin və imzaladığımız razılaşmaların xeyirli olmasını arzulayırıq. Qərb, təəssüf ki, indiyədək bu məsələnin həllinə töhfə verməyib. Əksinə, mane oldular. Bu mövzu ilə bağlı cənab Vladimir Putinlə olan müzakirəyə böyük əhəmiyyət verirəm”.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər