Azərbaycan və Ukrayna Baş nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ukrayna Baş nazirləri arasında telefon danışığı olub

S.Xankişiyeva14:39 - 04 / 02 / 2022
Azərbaycan və Ukrayna Baş nazirləri arasında telefon danışığı olub

Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.

Danışıq zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər