İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib - FOTO - YENİLƏNİB

S.Xankişiyeva14:43 - 04 / 02 / 2022
İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakına və dəyərli çıxışına görə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsona təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyini qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirildiyini bildirdi. Bu layihənin birgə əməkdaşlıq və əlaqələndirmə şəraitində uğurla başa çatdırıldığını dedi.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrin ikitərəfli və çoxtərəfli əsasda enerji sahəsində əməkdaşlıq üzrə yeni ideya və planların müzakirəsi baxımından əhəmiyyətini vurğuladı.

Bu toplantının Cənub Qaz Dəhlizi xətti ilə qazın Avropa İttifaqına çatdırılmasından bir il sonrakı dövrə, həm Avropa İttifaqı, həm də Azərbaycanın yeni “yaşıl enerji” strategiyasına keçidi mərhələsinə və hazırda dünya qaz bazarında baş verən qiymət dəyişmələri və digər tendensiyalar şəraitinə təsadüf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan tədbirdə aparılan müzakirələrin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bildirdi və bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə etdi.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edən Kadri Simson Avropa İttifaqının enerji təminatının şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini dedi və bu xüsusda Cənub Qaz Dəhlizinin önəmini vurğuladı.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, o cümlədən “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan alternativ və bərpaolunan enerji konsepsiyasını inkişaf etdirir və ölkəmizdə bu sahə xarici sərmayədarları cəlb edir.

12:43

Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Paylaş:
623

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər