Niku Popesku: Moldova ilə Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Niku Popesku: Moldova ilə Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir - FOTO

S.Xankişiyeva17:24 - 09 / 02 / 2022
Niku Popesku: Moldova ilə Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir - FOTO

Fevralın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan Moldova ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd edib və bir çox sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Ceyhun Bayramov Moldovalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib.

Niku Popesku ikitərəfli münasibətlərinin inkişafından məmnunluqla danışıb. O, iki ölkə arasında siyasi münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və Moldovanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Hazırki səfərin mövcud əlaqələrin inkişafına və dərinləşməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun yenidən qurulması layihələri, bu xüsusda, ərazilərin tez bir zamanda minalardan təmizlənməsinin əhəmiyyəti və bu prosesə Moldova ekspertlərinin cəlb edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər iqtisadi, ticarət, enerji, humanitar, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə olunması ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin görüşdə iqtisadi münasibətlərə xüsusi diqqətin ayrılmasının önəmli olduğu qeyd edilib və bu xüsusda, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşdə iki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və “Şərq Tərəfdaşlığı” təşəbbüsü) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıblar.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Paylaş:
442

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər