Azərbaycanda “Elektron möhür” tətbiq olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda “Elektron möhür” tətbiq olunacaq

S.Xankişiyeva11:07 - 11 / 02 / 2022
Azərbaycanda “Elektron möhür” tətbiq olunacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda "Elektron möhür"ün tətbiqini planlaşdırır.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə nazirliyə məxsus “AzInTelecom" MMC-nin kommersiya direktoru Ruslan Əliyev məlumat verib.

O, bu barədə yeni nəsil rəqəmsal imzanın (SIMA) təqdimat mərasimində danışıb. Şirkət rəsmisi həmçinin bildirir ki, SİMA vasitəsilə vətəndaşlar istədikləri vaxt banka müraciət edə biləcəklər: "Bilirsiniz ki, bu gün insanlar banka fiziki olaraq yalnız iş vaxtlarında müraciət edə bilirlər. Amma SİMA ilə günün istənilən saatında banklara sorğu verə bilərlər və 24 saat ərzində müvafiq cavab ala bilərlər. Gələcəkdə isə yeni nəsil rəqəmsal imza vasitəsilə bank kartı olmadan ödəniş etmək imkanı da tətbiq ediləcək".

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər