Azərbaycan UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb

S.Xankişiyeva11:52 - 11 / 02 / 2022
Azərbaycan UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb

Məlum olduğu kimi, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO missiyalarının bölgəyə səfərinə dair şərhində qeyd olunub.

"Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESCO missiyalarının Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Ermənistan XİN-in bu dövlətin üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini qınayırıq.

Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan UNESCO texniki missiyasına gəldikdə, Azərbaycan tərəfi ilk gündən bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və UNESCO arasında ikitərəfli formatda razılaşdırılıb.

Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib.

UNESCO-nun Ermənistana missiyasına gəldikdə isə, Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını UNESCO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı UNESCO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb.

Hesab edirik ki, Azərbaycan tərəfinin UNESCO-ya təqdim etdiyi faktların araşdırılması məqsədilə Ermənistana missiyanın göndərilməsi zəruridir. Ümid edirik ki, Ermənistan keçmişdə işğal altında saxladığı ərazilərə beynəlxalq missiyanın səfərlərinin qarşısının almaq siyasətindən fərqli olaraq, bu dəfə missiyanın təşkilinə şərait yaradacaq", - şərhdə bildirilib.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib - FOTO

Prezident İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

Regionda yeni reallığın yaradıcılarından: Avropa anlayır və qəbul edir

Brüsseldə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş olub - FOTO - YENİLƏNİB

Azərbaycan 15 ermənini verib 97 min mina xəritəsini aldı

Azərbaycana xüsusi təlim keçmiş iki minaaxtaran it gətirilib

ABŞ Azərbaycana 10 minaaxtaran it göndərib

ANAMA Yevlaxdakı partlayışla bağlı məlumat yayıb

Yevlaxda ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı, çoban öldü

Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb

Paylaş:
375

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər