Ombudsmanın nümayəndələri hərbi hissədə olublar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsmanın nümayəndələri hərbi hissədə olublar – FOTO

S.Xankişiyeva13:36 - 12 / 02 / 2022
Ombudsmanın nümayəndələri hərbi hissədə olublar – FOTO

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, qonaqlar hərbi qulluqçuların məişət şəraiti ilə yaxından tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də digər inzibati otaqlara baxış keçiriblər.

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Sonda hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər