Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb

S.Xankişiyeva16:14 - 18 / 02 / 2022
Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb

Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibb yardım yardım göstərilib və evə buraxılıb.

Qeyd olunub ki, digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır.

Xatırladaq ki, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mövzu ilə əlaqədar oxuyun:

Tərtərdə yol işçiləri minaya düşüb, xəsarət alanlar var

Paylaş:
1357

Son xəbərlər

Bütün xəbərlər