“Perseverance” aparatının Marsda enməsinin bir ili tamam oldu - FOTO - VİDEO
“Castrol” kosmosun fəthində NASA-nın etibarlı tərəfdaşıdır.
Sürtkü materiallarının istehsalı üzrə dünya lideri olan “Castrol” ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (ing. National Aeronautics and Space Administration, NASA) ilə əməkdaşlığını davam etdirir. Müxtəlif hava şəraitlərində fasiləsiz fəliyyəti təmin etmək məqsədilə NASA “Perseverance” aparatının yüksək texnoloji komponentləri üçün “Castrol” şirkətinin xüsusi sürtkü materiallarından istifadə etməyi qərara almışdır. 2021-ci il fevralın 18-də Marsa eniş etmiş “Perseverance” aparatı arxada qalan 1 il ərzində Qırmızı planetin unikal şəkillərini, həmçinin kosmos haqqında məlumatları Yerə ötürmüş və heç bir texniki problemlə üzləşməmişdir.
Mineral sürtkü yağlarının istehsalında dünya liderlərindən biri olan “Castrol” şirkəti avtomobillər, motosikllər və yük maşınları üçün sürtkü materialları, həmçinin digər sənaye məhsulları təqdim edir. Bundan başqa, şirkətin kosmik sənaye üçün istehsal etdiyi materiallar NASA tərəfindən layiqincə qiymətləndirilmişdir. NASA 2018-ci ildə Marsa göndərilmiş “InSight” missiyası üçün də “Castrol”un məhsullarından istifadə etmişdir. “Castrol” şirkətinin atmosfer qatının müxtəlif şəraitlərinə uyğunlaşa bilən “Braycot” sürtkü yağlarından istifadə ilə bağlı müsbət təcrübədən irəli gələrək, NASA rəhbərliyi 2021-ci ildə Marsa çatmış “Perseverance” tədqiqat aparatı üçün də bu şirkətin məhsullarından istifadə etmək qərarına gəlmişdir.
Kosmosda 1 illik fasiləsiz iş və etibarlı müdafiə
2021-ci ilin fevral ayında Qırmızı planetə eniş etmiş “Perseverance” aparatının azı 1 Mars ili (təxminən 687 gün) müddətində burada qalacağı planlaşdırılırdı. Artıq düz 1 ildir ki, planetin geoloji quruluşu və iqlimi haqqında məlumatlar toplayan aparat, həm də Mars səthinin dəqiq şəkillərini və daha əvvəl heç kimin eşitmədiyi səslərini Yerə göndərir. Qədim mikrobial həyat formalarının əlamətlərini axtaran “Perseverance”, Yerə mümkün qayıdışından sonra tədqiq edilməsi üçün dağ süxurlarının və çöküntülərin nümunələrini toplayır.
NASA mineral əsaslı dayanıqlı sürtkü materiallarına üstünlük verir. Bu materiallar kosmosun öyrənilməsi zamanı qarşıya çıxa biləcək gözlənilməz problemlərin və maneələrin öhdəsindən gəlməyə kömək edir. Kosmik səfərlər vacib elmi tədqiqatlar aparmağa imkan verir, lakin onlar, eyni zamanda, böyük xərc tələb edir. “Castrol” şirkəti çoxillik iş təcrübəsinə malikdir, onun Tədqiqat və İnkişaf bölməsinin əməkdaşları isə fəal şəkildə mühəndis-texniki tədqiqat işləri ilə məşğul olurlar. Bunun sayəsində “Castrol” şirkəti NASA-nın tələb və göstərişləri əsasında materiallar istehsal edir. Bu materiallar mümkün maksimum müddət ərzində ən effektiv müdafiəni təmin edir və yüksək davamlılıq nümayiş etdirirlər.
Kosmosda temperatur tərəddüdlərinə dayanıqlılıq
Uzunmüddətli və vacib kosmik səfərlər zamanı daim aşağı cazibə qüvvəsi, yüksək temperatur fərqi və nasaz mexanizmi dərhal təmir etmək imkanının olmaması kimi problemlərlə üzləşmək olar. Pilotsuz kosmik uçuşlar zamanı ən böyük çətinlik sıradan çıxmış elektron və mexaniki cihazları, habelə nəqliyyat vasitələrini dərhal təmir etməyin mümkün olmamasıdır. Buna görə də bütün səfər boyu, həmçinin planetə eniş zamanı və ondan sonra yüklənmənin öhdəsindən gələ biləcək materiallardan və sürtkü yağlarından istifadə etmək lazımdır. Marsa ekspedisiyalar zamanı aparat alimlərə çox vacib məlumatlar ötürür. Bu məlumatlar təkcə Mars planetinin deyil, digər planetlərin də əmələ gəlməsi haqqında daha çox öyrənməyə imkan verir. Bu səbəbdən, bütün elektron və mexaniki elementlərin uzun müddət fasiləsiz işləməsi son dərəcə vacib əhəmiyyət kəsb edir. Kosmik uçuşlar zamanı kosmosun sərt şərtlərinin öhdəsindən gəlməyi bacaran və avadanlığı sürtünmənin səbəb olduğu dağılmadan qoruyan dayanıqlı sürtkü materiallarına üstünlük verilir. Bundan başqa, Marsa enişdən sonra elektron və mexaniki hissələri səthdəki yüksək temperatur fərqindən qorumaq lazımdır. Məsələn, günorta Marsın ekvatorunda temperatur 20 dərəcə Selsi təşkil edirsə, qütblərdə temperatur -153 dərəcəyədək düşə bilir. Avadanlığın Yerdə mövcud olmayan bu cür yüksək temperatur fərqindən qorunmasını təmin etmək lazımdır.
Hər mexanizm üçün “Castrol”
NASA 1960-cı illərdən etibarən həyata keçirilmiş çoxsaylı kosmik missiyalar zamanı “Castrol” şirkətinin sürtkü materiallarından istifadə etmişdir. Kainat haqqında daha çox məlumat əldə etməyə imkan vermiş “Apollon” proqramı, “Habbl” kosmik teleskopu, Beynəlxalq Kosmik Stansiya, Marsa əvvəlki ekspedisiyalar, çoxsaylı peyk stansiyaları, həmçinin “Perseverance” aparatı kimi layihələrdə “Castrol” məhsullarından istifadə edilmişdir.
“Castrol” haqqında
120 ildir ki, dünyada və 67 ildir ki, Türkiyədə neft məhsullarının emalı üzrə lider olan “Castrol” çətin şərtlərdə yüksək fəaliyyət qabiliyyətini təmin edən qabaqcıl sürtkü materialları istehsal edir.
Şirkətin 5 qitədə, 140 ölkədə nümayəndəlikləri fəaliyyət göstərir. Türkiyənin İstanbul şəhərində yerləşən baş ofisdə isə 10 ölkədə həyata keçirilən əməliyyatlar idarə olunur. “Castrol MAGNATEC”, “Castrol EDGE”, “Castrol VECTON”, “Castrol CRB Turbomax” və “Castrol POWER1” kimi brendləri ilə tanınan şirkət avtomobillər, yük maşınları və motosikllər, həmçinin sənaye, gəmiqayırma, aviasiya sənayesi və energetika kimi sahələr üçün sürtkü materialları istehsal edir.
“Castrol” dünyanın müxtəlif ölkələrinin avtomobilqayırma şirkətlərinin iştirak etdiyi birgə texnoloji mühəndis tədqiqatlarına rəhbərlik edir. Qabaqcıl avtomobil brendləri “Castrol” məhsullarından istifadə edir. “Castrol” şirkətinin Avropa və Afrikada fəaliyyət göstərən 8 zavodundan biri Türkiyənin Gömlük bölgəsində yerləşir. Burada istehsal edilən sürtkü materialları 24 ölkəyə ixrac edilir.
“Castrol” şirkəti quruda, havada, dənizdə və hətta kosmosda texnoloji nailiyyətlərin əldə olunmasında vacib rol oynamaqla yanaşı həm də avtomobildə sürət rekordunun qırılmasına 21-ci dəfə öz töhfəsini vermişdir. 1960-cı illərdən etibarən “Castrol” texnologiyasına üstünlük verən NASA 2020-ci ildə Marsa göndərilmiş “Perseverance” aparatında istifadə etmək üçün bu brendin məhsullarını seçmişdir.
Reklam hüququnda