ABŞ Dövlət Departamenti: “Putinin bəyanatını kəskin şəkildə pisləməkdə ukraynalı tərəfdaşlarımızın yanındayıq” | 1news.az | Xəbərlər
Dünya

ABŞ Dövlət Departamenti: “Putinin bəyanatını kəskin şəkildə pisləməkdə ukraynalı tərəfdaşlarımızın yanındayıq”

Qafar Ağayev10:34 - 22 / 02 / 2022
ABŞ Dövlət Departamenti: “Putinin bəyanatını kəskin şəkildə pisləməkdə ukraynalı tərəfdaşlarımızın yanındayıq”

“Biz Prezident Putinin qondarma “Donetsk və Luqansk Xalq Respublikalarını” “müstəqil” kimi tanımaq qərarını qətiyyətlə pisləyirik”.

1news.az xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin yaydığı açıqlama bildirilir.

“Duma ilk dəfə bu müraciətlə çıxış edəndə dediyimiz kimi: bu qərar Rusiyanın Minsk razılaşmaları üzrə öhdəliklərinin tamamilə rədd edilməsini ifadə edir, Rusiyanın iddia etdiyi diplomatiya öhdəliyinə birbaşa ziddir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə açıq hücumdur.

Dövlətlərin güc tətbiq etmə hədəsi və ya güc tətbiqi yolu ilə yaradılmış yeni “dövləti” tanımamaq, habelə digər dövlətin sərhədlərini pozmamaq öhdəliyi var. Rusiyanın qərarı Prezident Putinin beynəlxalq hüquq və normalara kobud hörmətsizliyinin növbəti nümunəsidir”.

Bildirilib ki, Prezident Bayden ABŞ şəxslərinin Ukraynanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları” bölgələrinə, oradan və ya bu bölgələrə bütün yeni investisiya, ticarət və maliyyələşdirməsini qadağan edən sərəncam imzalayacaq.

“Biz Rusiyanın bu səbəbsiz və qəbuledilməz hərəkətinə cavab olaraq müvafiq addımlar atmaq üçün Ukrayna, müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyaya davam edəcəyik. Bu icra sərəncamı Rusiyanın beynəlxalq hüququn bu açıq-aşkar pozulmasından qazanc əldə etməsinə mane olmaq məqsədi daşıyır. Bu, Ukrayna xalqına və ya Ukrayna hökumətinə qarşı yönəlməyib və bu bölgələrdə humanitar və digər əlaqəli fəaliyyətlərin davam etdirilməsinə imkan verəcək.

Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Ukrayna hökumətinə və xalqına dəstəyimiz sarsılmazdır. Prezident Putinin bəyanatını kəskin şəkildə pisləməkdə ukraynalı tərəfdaşlarımızın yanındayıq”.

Paylaş:
864

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər