Zəngəzur dəhlizi yolunun bəzi hissələrində asfaltlanma işlərinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngəzur dəhlizi yolunun bəzi hissələrində asfaltlanma işlərinə başlanılıb

S.Xankişiyeva12:40 - 22 / 02 / 2022
Zəngəzur dəhlizi yolunun bəzi hissələrində asfaltlanma işlərinə başlanılıb

Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, erməni vandalları işğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində avtomobil yolları da daxil bütün infrastrukturu demək olar ki, məhv edib.

"Bu üzdən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, habelə Laçın rayonu ərazisində Qorçu hava limanının tikiləcəyi ərazidə qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib.

Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi, Azərbaycan Respublikasının Prezidenti və birınci Xanımı 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisidir.

Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilmişdir. Bu yol, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır",- S.Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2021-ci il yanvar ayının 14-də Şuşa şəhərinə gedərkən, Füzuli rayonunda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin təməlini də qoydu: "Qarabağımızda icra olunan digər yol infrastrukturu layihələri kimi, Füzuli Beynəlxalq Hava limanını da əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81.6 km olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla 2-ci avtomobil yolunu yüksək sürət və keyfiyyətlə inşa edilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunmaqdadır. Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür. Yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa olacaqdır.

Ötən il iki qardaş ölkənin dövlət başçıları tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir.

123.6 km uzunluğa malik, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa bu yolun regional əhəmiyyəti də olduqca böyükdür.

Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.

Bundan əlavə 2021-ci il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (80.7 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolu (72.8 km, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (726.3 km, 2 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı), Qubadlı – Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Qubadlı - Mahmudlu - Yazıdüzü - Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayil-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı), Hadrut-Tuğ-Azıx avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), Bərdə - Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı), Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun (22 km, 2 hərəkət zolaqlı) tikintisi işləri uğurla davam etdirilib".

Paylaş:
558

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər