Zelenski Putini masa arxasında oturmağa çağırdı, Rusiyadan cavab verildi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə atəşkəs çağırışı edib.
1news.az xarici KİV-lərə istinadən xəbər verib ki, Zelenski Putini masa arxasına oturmağa çağırıb.
“Ölümləri dayandırmaq üçün danışıqlar masasına oturaq. Rusiyanın Ukraynaya təcavüzü sadəcə işğal deyil, Avropaya qarşı müharibənin başlanğıcıdır” – deyə, Zelenski bildirib.
Bu çağırışa rəsmi Moskvadan cavab verilib.
Bildirilib ki, Zelenskinin çağırışı qeydə alınıb.
"Biz Zelenskinin görüş xahişini qeyd etmişik. Putinlə Zelenski arasında təmas ehtimalını şərh edə bilmərik. Təbii ki, biz Zelenskini Ukrayna prezidenti kimi tanıyırıq. Kiyevdən gözləntimiz eynidir, mövqeyimiz dəyişməz olaraq qalır" – deyə, rəsmi Moskvanın cavabında bildirib.