Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi sadələşdirilib | 1news.az | Xəbərlər
Siyasət

Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi sadələşdirilib

S.Xankişiyeva15:38 - 26 / 02 / 2022
Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi sadələşdirilib

“Ukraynadan Moldovaya gələn və hava yolu ilə Azərbaycana getmək üçün Moldovadan Rumıniyaya yola salınan vətəndaşlarımız üçün prosedur daha da sadələşdirilib, tranzit vizası ləğv olunub”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Qüdsi Osmanov deyib ki, dünən gecə Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında danışıqlardan sonra qərar verilib ki, Ukraynadan Moldovaya gələn Azərbaycan vətəndaşlarının Rumıniyaya keçməsi üçün viza tələb olunmasın: “Sadəcə, bizim Səfirlik Azərbaycana hava yolu ilə getmək üçün Rumıniyaya keçəcək vətəndaşlarımızın ad və soyadlarını təqdim edir, o cümlədən Rumıniyanın Moldovadakı səfirliyinə məktub yazırıq ki, bu insanlar sərhəddən keçəcək. Rumıniya Səfirliyi də bu məlumatları Rumıniya Xarici İşlər Nazirliyinə göndərir və sərhəddən artıq həmin vətəndaşlar Rumıniyaya buraxılır. Ancaq Moldova-Rumıniya sərhədini keçmək üçün həmin vətəndaşlarımızın həm də Buxarestdən Azərbaycana tranzit uçuş üçün təyyarə bileti alması lazımdır. Bu biletlər Moldovada onlayn qaydada, yaxud aviakassalardan alına bilər. Kimin imkanı var, biletini alır, kimin də pulu yoxdur, onları da yerləşdirmişik və onların da Azərbaycana qayıtması üçün müvafiq addımlar atılır. Bu insanlar da Azərbaycana qayıdacaqlar”.

Səfir onu da qeyd edib ki, indiyə qədər Ukraynadan Moldovaya 500-ə qədər Azərbaycan vətəndaşı gəlib: “Vətəndaşlarımızı Səfirliyimizin əməkdaşı Palanka və Oxnitsa sərhəd-keçid məntəqələrindən avtobusla Kişinyova yola salır, Səfirlik bunun xərcini özü ödəyir. Kişinyova gələndə də bu insanların hər biri xüsusi diqqət mərkəzində olur, müvafiq qaydada yerləşdirilirlər. Bunun üçün Moldova hökuməti müvafiq yerlər ayırıb, eyni zamanda, burada yaşayan azərbaycanlılar da onları öz evlərində yerləşdirir. Onlardan kimin imkanı var, otellərdə qalır. Yəni bu sahədə də bir problem yoxdur”.

Qeyd edək ki, Moldova hökuməti Ukraynadan hazırda qaçqınları qəbul etmək üçün iki sərhəd-keçid məntəqəsi müəyyənləşdirib. Bunlar Palanka və Oxnitsa sərhəd-keçid məntəqələridir.

Mövzu ilə əlaqədar oxuyun:

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO

Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Paylaş:
1386

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər