Slovakiya da Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək - XİN | 1news.az | Xəbərlər
Siyasət

Slovakiya da Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək - XİN

S.Xankişiyeva09:22 - 26 / 02 / 2022
Slovakiya da Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək - XİN

Moldova Respublikası və Polşa Respublikasından sonra Slovakiya Respublikası da yaranmış vəziyyətlə əlaqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.

Xarici İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Slovakiya Respublikasına gedə bilər:

- Azərbaycan Respublikası vətəndaşlarının iki ölkə arasındakı Ujqorod, Malyi Selmentsi və Malyi Bereznyi (Pavlove, Çop dəmir yolu keçidləri hesab olunur) sərhəd-keçid məntəqələri vasitəsilə Slovakiya Respublikasına daxil olmaları mümkündür.

- Slovakiya tərəfi şəxslərin Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk edilməsini nəzərə alaraq, onlardan viza tələbinə riayət olunmasını mütləq şəkildə tələb etmir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.

- Slovakiya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Ukraynadakı vəziyyət ilə əlaqədar və vətəndaşların təxliyə olunması üçün Slovakiya Respublikasının Daxili İşlər Nazirliyi ([email protected]; Telefon: +4212961050730, +421905607843) və Slovakiya Respublikasının Xarici və Avropa Məsələləri Nazirliyi ([email protected]; Telefon: +421259783080, +421918660332) ilə əlaqə saxlanıla bilər.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Avstriya Respublikasındakı, Slovakiya Respublikasındakı və Sloveniya Respublikasındakı Səfirliyi ilə +43 676 844 509 733 nömrələri ilə və “[email protected]” elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və “[email protected]” elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və “[email protected]” elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.

Mövzu ilə əlaqədar oxuyun:

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

Paylaş:
775

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər