Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs elan olundu | 1news.az | Xəbərlər
Siyasət

Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs elan olundu

Qafar Ağayev22:19 - 03 / 03 / 2022
Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs elan olundu

Bu gün Belarusda keçirilən Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.

1news.az xəbər verir ki, danışıqların nəticəsi olaraq tərəflər arasında müvəqqəti atəşkəs və danışıqları davam etdirmək qərarı qəbul olunub.

Verilən məlumata görə, yaxın günlərdə danışıqların üçüncü mərhələsi keçiriləcək.

Bununla yanaşı, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə edilib.

Paylaş:
1340

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər