Makron: Fransa ilə Azərbaycan arasında əlaqələr bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcək | 1news.az | Xəbərlər
Siyasət

Makron: Fransa ilə Azərbaycan arasında əlaqələr bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcək

Qafar Ağayev13:52 - 07 / 03 / 2022
Makron: Fransa ilə Azərbaycan arasında əlaqələr bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcək

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Fransa və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın məlumatına görə, Fransa Prezidenti məktubunda Azərbaycanın öz müstəqilliyini, inkişafını və ölkələrimizin bağlı olduğu dünyəviliyi möhkəmləndirməyi bundan sonra da davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Məktubda deyilir: “Bu illər ərzində Fransa və Azərbaycan iqtisadi, mədəni və təhsil sahələrində tərəfdaşlığa əsaslanan, Fransa və Azərbaycan arasında dostluğun bünövrəsi sayılan Fransa-Azərbaycan Universiteti və Bakıdakı Fransız Liseyi kimi ümumi uğurlarla əlamətdar olan möhkəm əlaqələr qura bilmişlər. Fransa İnkişaf Agentliyi infrastruktur və kommunikasiya sahələrində layihələr həyata keçirməkdədir.

Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü ildə imzaladığı dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə əsasında qurulan bu münasibətlər həm də mənim çox bağlı olduğum ən yüksək səviyyədə siyasi dialoqa əsaslanır. Azərbaycan Prezidenti kimi ilk səfərlərinizi Fransaya etdiyinizi unutmamışıq”.

Məktubda qeyd olunur ki, Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi, regionda ədalətli, davamlı sülh və rifah mənbəyi üçün səyləri dəstəkləmək öhdəliyinə tam sadiqdir.

“Mən Sizinlə və Ermənistanın baş naziri ilə Avropa İttifaqı Şurasının sədrinin yanında apardığınız son mübadilələrimizin konstruktiv ruhunu alqışlayıram. Fransa müzakirə etdiyi bütün mövzularda irəliləyişə nail olmaq üçün öz dəstəyini verməyə hazırdır. Mən qorunmalı olan irs məsələsi və UNESCO-nun missiyası barədə toxunduğumuz mövzu haqqında da xüsusilə düşünürəm.

Fransa, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək arzusundadır.

Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal şəkildə töhfəsini verəcəkdir”, - deyə Fransa Prezidenti vurğulayıb.

Paylaş:
679

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər