Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqına (Aİ) daxil olan ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.
1news.az "Report"a istinadən bildirir ki, Avropa dövlətləri Rusiyaya qarşı hərbi sahədə istifadə olunan texnologiyalara əlavə məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketi hazırlamağa yaxındırlar.
Məlumata görə, yeni sanksiyaların bəziləri bu gün - martın 8-də tətbiq oluna bilər.
Qeyd edək ki, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen İtaliyanın baş naziri Mario Draqi ilə yeni sanksiyalar paketini müzakirə edəcək.
"Biz sanksiyaların təsirinin maksimuma çatdığına əmin olmalıyıq. Kremlin mülki əhaliyə qarşı ehtiyatsızlığını nəzərə alaraq, yeni sanksiyalar qaçılmazdır", - Ursula fon der Leyen bildirib.
1news.az