Ukraynanın Sumı şəhəri bombalanıb, 9 dinc sakin həlak olub - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Ukraynanın Sumı şəhəri bombalanıb, 9 dinc sakin həlak olub - VİDEO

1news Redaksiyası13:58 - 08 / 03 / 2022
Ukraynanın Sumı şəhəri bombalanıb, 9 dinc sakin həlak olub - VİDEO

Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb.

1news.az xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, bomardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub.

Binanın dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb.

1news.az

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər