Dünyanın ən təhlükəli şəhərləri məlum olub
Meksikanın Samora şəhəri 2021-ci ildə dünyanın ən təhlükəli şəhəri seçilib.
1news.az-ın xəbərinə görə, bu barədə Meksikanın İctimai Təhlükəsizlik üzrə Vətəndaş Şurası adlı QHT-si məlumat yayıb.
Təşkilatın hesabatında dünyanın ən təhlükəli 50 şəhərinin adı yer alır.
Samorada ötən il hər 100 min sakinə 197 qətl hadisəsi qeydə alınıb. Reytinqdə ümimilikdə 18 Meksika şəhəri yer alır. Siyahıda onuncu yerdə ABŞ-ın Sen Luis şəhəri gəlir. Birləşmiş Ştatların bir neçə şəhəri bu siyahıya düşüb.
Siyahıda keçmiş SSRİ məkanından heç bir şəhər yer almır.
1news.az
603