Ukraynada müharibədə həlak olan mülki şəxslərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Ukraynada müharibədə həlak olan mülki şəxslərin sayı açıqlanıb

12:14 - 09 / 03 / 2022
Ukraynada müharibədə həlak olan mülki şəxslərin sayı açıqlanıb

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından indiyə qədər 474 mülki vətəndaşın həlak olduğunu bildirib.

1news.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Statistikaya görə, 861 nəfər xəsarət alıb. BMT-yə görə, itkilər daha çox ola bilər.

“Hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir. Döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat almaq isə gecikir”, - deyə BMT bildirib.

1news.az

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər