Deputat: “Ankarada Azərbaycan və Türkiyə Prezidentləri arasında keçirilən görüş çox məhsuldar olub” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Ankarada Azərbaycan və Türkiyə Prezidentləri arasında keçirilən görüş çox məhsuldar olub”

Qafar Ağayev16:41 - 11 / 03 / 2022
Deputat: “Ankarada Azərbaycan və Türkiyə Prezidentləri arasında keçirilən görüş çox məhsuldar olub”

Ötən gün – 10 martda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin paytaxtı Ankarada işgüzar səfərdə olub. Səfər çərçivəsində İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında önəmli müzakirələr aparıldı.

Bəs görəsən bu görüşdən hansı əhəmiyyətli nəticələr çıxdı?

Məsələ ilə bağlı 1news.az-danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, bu görüşdə əsasan Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdirilməsi vurğulandı.

“Bu səpkidə görüşlər zamanı müzakirələr təşkil olundu. 4 saatdan çox olan bu görüş zamanı müttəfiqliklə bağlı bütün məqamlar bir daha gözdən keçirildi. Xüsusilə post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasındakı əlaqələrin normallaşması perspektivləri bir daha nəzərdən keçirildi və Zəngəzur dəhlizinin açılması üçün görülən işlər və xüsusilə də Qars-Naxçıvan arasında dəmir yolunun çəkilməsinin əhəmiyyəti qeyd olundu”.

Deputat bildirib ki, post-münaqişə dövründə Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması ilə yanaşı Türkiyə-Ermənistan münasibətlərinin də yaxşılaşması ilə əlaqədar Türkiyə və Ermənistan tərəfinin xüsusi nümayəndələri təyin olunub.

“Bu heyətlər arasında təmaslar da prezidentlərin görüşləri zamanı müzakirə olunmuşdur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Xüsusilə Cənub qaz dəhlizinin uğurla fəaliyyəti nəticəsində Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çatdırılması artıq reallaşıb. Bu qaz dəhlizi vasitəsilə Avropanın qaz təchizatının artırılması imkanları iki prezident arasında yenidən müzakirə olundu. Gələcək üçün Iğdır-Naxçıvan qaz xəttinin çəkilməsi ilə bağlı da müzakirələr aparılıb, Azərbaycan dövləti tərəfindən bununla bağlı investisiya nəzərdə tutulduğu xüsusilə vurğulanıb”

“Hal-hazırda dünya gündəmini tutan Ukrayna-Rusiya münasibətlərindəki gərginlik və müharibənin baş verməsidir” – deyə, Deputat əlavə edib.

“Bu da bizim regiona çox mənfi təsirlərini göstərir. Cənab Prezident İlham Əliyev tərəfindən Rəcəb tayyib Ərdoğanın bu müharibənin tezliklə dayandırılması ilə əlaqədar şəxsi təşəbbüslərini ortaya qoymasını çox müsbət qiymətləndirmiş və iki dövlət arasında tezliklə sülh imzalanmasını və müharibənin dayandırılmasının ən optimal variant olduğu xüsusilə qeyd edilib”.

N.Həmzəyev deyib ki, Azərbaycan və Türkiyə Prezidentləri arasında keçirilən görüş çox məhsuldar olub.

“Düşünürük ki, iki qardaş dövlət arasında münasibətlərin yaxşılaşdırılması və əlaqələrin gücləndirilməsi üçün bu görüşün əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Cənab Prezidet İlham Əliyev Türkiyə Prezidentini Azərbaycana səfərə dəvət etdi. Düşünürük ki, iki dövlət birlikdə bütün çətinlikləri arxada qoya biləcək, dövlətlərimizin, xalqlarımızın rifahı naminə, iqtisadiyyatımızın güclənməsi naminə biz güclərimizi birləşdirəcəyik. İnanırıq ki, 2022-ci ildə planda olan məsələlər də öz həllini tapacaq”.

Paylaş:
740

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər