Rusiyanın “Birinci Kanal”ında şok hadisə: “Burada sizə yalan danışırlar!” - VİDEO
Rusiyanın mərkəzi telekanallarından birində Ukraynadakı müharibəyə etiraz edən şüarla canlı yayımda görünüb.
1news.az xəbər verir ki, "Birinci Kanal"ın canlı yayımında, "Vremya" verilişində qəfildən aparıcının arxasında əlində plakat tutan bir qız peyda olub.
Əlində plakat studiyaya daxil olan xanım Mariya Ovsyanikova idi. O, "Birinci Kanal"ın əməkdaşıdır.
Plakatın üzərində "Müharibə yoxdur! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!" yazılıb.
1news.az
456