Bayden Ukraynaya 13,6 milyard dollar ayırdı
ABŞ prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar yardımı nəzərdə tutan büdcə layihəsini imzalayıb.
1news.az xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.
Ukraynaya 13,6 milyard dollar məbləğində yardım təklifi ABŞ Konqresinin Nümayəndələr Palatasında dəstəklənib.
Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq. Qalan vəsaitlər digər idarələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.
1news.az
332