Alovlu vertolyotun istiqamətini dəyişərək xeyli insanı xilas edən Ukrayna əsilli Milli Qəhrəmanımız – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Alovlu vertolyotun istiqamətini dəyişərək xeyli insanı xilas edən Ukrayna əsilli Milli Qəhrəmanımız – FOTO

S.Xankişiyeva17:43 - 19 / 03 / 2022
Alovlu vertolyotun istiqamətini dəyişərək xeyli insanı xilas edən Ukrayna əsilli Milli Qəhrəmanımız – FOTO

Əfsanəvi insanlar xalqın yaddaşında daha çox simaları ilə qalırlar.

Xalq isə qəhrəmanlarını göstərdikləri şücaətdən, igidlikdən sonra bağrına basır, onu vətənin qəhrəmanı kimi qəbul edir. Xalq üçün yazılı tarixin dərinliklərinə getmək o qədər də maraqlı olmur. O, qəhrəmanının etdiyi əməllər haqqında əfsanələr, dastanlar qoşur, mahnılar bəstələyir. Bir sözlə, onun özünün yaddaşına özünəməxsus şəkildə nəqş edə bilir.

Qəhrəmanımızı yaxından tanıyaq

Belə qəhrəmanlarımızdan biri də Viktor Vasilyeviç Seryogindir. Azərbaycanın Milli Qəhrəmanı, Ukrayna əsilli Viktor Vasilyeviç Seryogin xalqın qəlbində bu günə qədər də yaşayan, əfsanəyə çevrilən insanlardandır. O, 23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuşdur.1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertalyotuna pilot təyin edilmişdir.

Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük xidmətləri olmuş və dəfələrlə orden və medallarla təltif olunmuşdur. V.V. Seryogin Birinci Qarabağ Müharibəsində sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarmış, erməni yaraqlılarının postlarını darmadağın etmişdir. Onun idarə etdiyi vertolyot dəfələrlə atəşə tutulsa da, Viktor vertolyotu təmir etmiş və uçuşları davam etdirmişdi. O, Ağdərə, Şuşa, Ağdam səmasından işğalçı erməni separatçıları ilə qəhrəmancasına döyüşmüşdür. Dəfələrlə dinc sakinləri xilas edərək təhlükəsiz əraziyə daşımışdı. O, 1992-ci il 28 yanvar tarixində dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət etmişdir. Lakin erməni yaraqlılarının qəfil atəşi nəticəsində vertolyot alovlanır. Dinc sakinlərin həyatını xilas etmək üçün qəhrəman pilot alova bürünmüş vertolyotun istiqamətini dəyişməyi bacarır və xeyli sayda insan tələfatının qarşısını ala bilir. Lakin özü vertolyotun heyəti ilə birlikdə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ailəsi

1998-ci ildə qəhrəman pilotun həyat yoldaşı iki övladı ilə bərabər Ukrayna Respublikasının Xarkov şəhərinə köçür. Azərbaycan Ordusunun 44 günlük tarixi qələbəsi istər Birinci Qarabağ Müharibəsində, istər Vətən Müharibəsində iştirak etmiş qəhramanlarımızın birgə zəfəridir. Tarixi qələbəmizdən sonra Azərbaycanın Milli Qəhrəmanı V.V. Seryoginin ailə üzvləri uzun illərdən sonra 30 noyabr-3 dekabr 2021-ci il Azərbaycana səfər etdi. Ukraynanın Xarkov şəhərində yerləşən Azərbaycan konsulluğunun rəhbərliyi, xüsusi olaraq Əfqan Salmanovun təşkilatçılığı ilə Seryoginin ailəsi Azərbaycana dəvət olundu. Qeyd edək ki, biletlər AZAL tərəfindən ödənişsiz şəkildə təmin edilmişdir. Səfər çərçivəsində qonaqlar Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın məzarlarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət etmişlər. Millət vəkili Rüfət Quliyevlə görüş zamanı Ukraynada, xüsusilə Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin fəaliyyətindən, həmçinin Azərbaycan-Ukrayna dostluq münasibətlərindən, iki ölkə arasında humanitar sahədə həyata keçirilən layihələrdən danışılmışdır. Qarabağın İnkişafı Fondunu ziyarət edən qonaqlar Seryogin ailəsi adından fonda 500 dollar ianə etmişlər. Fondun rəhbəri Rəhman Hacı Milli Qəhrəmanın ailəsinin bu addımını yüksək qiymətləndirmiş və Qarabağın İnkişafı Fondu adından ailəyə xüsusi sertifikat təqdim etmişdir. Daha sonra Zəfər Parkını ziyarət edən Seryogin ailəsi 44 günlük müharibə zamanı düşmənin qənimət olaraq ələ keçirilmiş texnikaları ilə tanış oldular.

Hazırda Ukrayna Respublikasında davam edən müharibə ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanının ailəsinin təxliyəsi istiqamətində təxirəsalınmaz iş aparılır. Qeyd edək ki, Seryogin ailəsinin Xarkov şəhərində, Kultura küçəsi Bina 16a mənzil 15 yaxınlığına mərmi düşməsi nəticəsində tamamilə dağılmışdır. Milli Qəhrəmanın ailə üzvlərinin tez bir zamanda təxliyyə olunması üçün bir neçə qurum fəal işə başlamışdır.

Millət Vəkili Deputat Rüfət Quliyev, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının həmtəssisçisi Cəmilə Abdullayeva, “Kiyev Azərbaycanlıları Konqresi” İctimai Təşkilatının sədri Oleq Krapivin bu istiqamətdə iş aparır.

Açıqlama

Məsələ ilə bağlı deputat Rüfət Quliyev Demokrat.az-a açıqlamaısnda bildirib ki, Seryoginin ailəsini Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov qarşılayacaq və ailənin tam təhlükəsiz olaraq Bakıya uçuşunu təşkil edəcək:

“Biz bütün mümkün əlaqələrdən istifadə edərək çalışırıq ki, Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyevic Seryoginin ailəsi təhlükəsiz şəkildə Bakıya qayıtsın və dövlət tərəfindən şəhid ailələri üçün təsis olunan bütün imtiyazlardan istifadə etsin, xüsusilə bu ailələrə verilən mənzillə təmin olunsun. Bu haqda artıq mənim tərəfimdən qurumlara rəsmi müraciətlər olunub”.

Mənbə: demokrat.az

Paylaş:
889

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər