Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb | 1news.az | Xəbərlər
Dünya

Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb

S.Xankişiyeva13:36 - 23 / 03 / 2022
Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb

Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu ölkə Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk videomüraciətində bildirib.

O, ayrı-ayrı məntəqələr üzrə toplaşma saatlarını əhalinin diqqətinə çatdırıb.

Baş nazirin müavini şəhəri tərk etmək istəyən vətəndaşların dərmanlar və digər humanitar yardımların olduğu Berdyanska gedə biləcəklərinə ümid etdiyini bildirib. O qeyd edib ki, əhalinin təxliyəsi məqsədilə 24 avtobus hazır vəziyyətdə gözləyir.

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər