Ermənistana tövsiyə edirik ki, bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin – XİN | 1news.az | Xəbərlər
Siyasət

Ermənistana tövsiyə edirik ki, bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin – XİN

S.Xankişiyeva13:57 - 23 / 03 / 2022
Ermənistana tövsiyə edirik ki, bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin – XİN

Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakı ilə bağlı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına dair KİV-in sualını cavablandırarkən deyib.

"Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır.

Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - o bildirib.

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər