Zelenski: Nüvə obyektlərimiz təhlükə altındadır | 1news.az | Xəbərlər
Dünya

Zelenski: Nüvə obyektlərimiz təhlükə altındadır

S.Xankişiyeva16:55 - 23 / 03 / 2022
Zelenski: Nüvə obyektlərimiz təhlükə altındadır

“Ukraynada 15 nüvə bloku var. Bu gün onların hər biri təhlükə altındadır”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.

“Çernobılda baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir”, - dövlət başçısı vurğulayıb.

O bildirib ki, dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər.

V.Zelenski, həmçinin göstərilən dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib: “Bizi bir-birimizdən 8 193 kilometr məsafə ayırsa da, azadlıq arzularımız arasında heç bir məsafə yoxdur”.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər