Rusiya Nəqliyyat Nazirliyi: Azərbaycan təyyarələrimizi həbs etməyib | 1news.az | Xəbərlər
Dünya

Rusiya Nəqliyyat Nazirliyi: Azərbaycan təyyarələrimizi həbs etməyib

S.Xankişiyeva18:22 - 23 / 03 / 2022
Rusiya Nəqliyyat Nazirliyi: Azərbaycan təyyarələrimizi həbs etməyib

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər