NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti başlayıb | 1news.az | Xəbərlər
Dünya

NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti başlayıb

S.Xankişiyeva14:15 - 24 / 03 / 2022
NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti başlayıb

Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, sammit Alyansın mənzil-qərargahında keçirilir.

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.

Liderlər iclasdan əvvəl ailə fotosu çəkdiriblər.

Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub.

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər