Azərbaycan və Rusiya müdafiə nazirləri telefonla danışıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Rusiya müdafiə nazirləri telefonla danışıb

Qafar Ağayev16:47 - 25 / 03 / 2022
Azərbaycan və Rusiya müdafiə nazirləri telefonla danışıb

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

***

Saat 14:55

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla Qarabağdakı vəziyyətin sabitləşməsini müzakirə edib.

Paylaş:
392

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər