Azərbaycan və Türkiyə standartlaşdırma sahəsində əməkdaşlığı genişləndirir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Türkiyə standartlaşdırma sahəsində əməkdaşlığı genişləndirir - FOTO

S.Xankişiyeva14:09 - 29 / 03 / 2022
Azərbaycan və Türkiyə standartlaşdırma sahəsində əməkdaşlığı genişləndirir - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Türkiyədə səfərdə olub.

1news.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən xəbərə görə, səfər zamanı AZSTAND–ın əməkdaşları Türk Standartları İnstitutu (TSE), Türk Akkreditasiya (TÜRKAK) və Halal Akkreditasiyada (HAK) görüşlər keçirib, keyfiyyət infrastrukturu sahəsində Türkiyə təcrübəsi ilə yaxından tanış olublar.

Keçirilən görüşlərdə AZSTAND-ın potensialının təkmilləşdirilməsi, beynəlxalq akkreditasiya standartlarına uyğunlaşdırılma, akkreditasiya sahələrinin genişləndirilməsi üzrə əməkdaşlıq, həmçinin Azərbaycanın İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunda (SMİİC) üzvlüyünün aktivləşdirilməsi və digər məsələlər müzakirə edilib. Bundan başqa, Türk Standartları İnstitutunda ISO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” beynəlxalq standartı üzrə onlayn seminarda iştirak edən AZSTAND əməkdaşlarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının VIII iclasının protokoluna uyğun olaraq, Türk Standartları İnstitutu ilə AZSTAND arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə 2022-2023-cü illər üzrə Fəaliyyət Planı təsdiq edilib. Əldə olunan razılaşmaya əsasən, AZSTAND-ın beynəlxalq təşkilatlarda təmsilçiliyinin genişləndirilməsi, müvafiq standartlar üzrə beynəlxalq akkreditasiyadan keçməsi, qurumun strateji inkişaf planının hazırlanması, mütəxəssislərin təlim proqramlarında iştirakı, beynəlxalq standartlar əsasında sertifikatlaşmanın həyata keçirilməsi və digər istiqamətlər üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.

Paylaş:
396

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər