Azərbaycan XİN İsraildə baş verən terror hücumlarını pisləyib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN İsraildə baş verən terror hücumlarını pisləyib

Qafar Ağayev11:19 - 31 / 03 / 2022
Azərbaycan XİN İsraildə baş verən terror hücumlarını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən terror hücumlarını pisləyib.

1news.az-ın məlumatına görə, bu barədə XİN-in "Twitter" səhifəsində yazılıb.

"Biz İsraildə günahsız insanların ölümünə səbəb olmuş terror hücumlarını kəskin pisləyirik. Azərbaycan terrordan əziyyət çəkib və bunun hər bir formasını pisləyir. Biz hücum nəicəsində həyatını itirmiş şəxslərin ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk", - bəyanatda deyilir.

Qeyd edək ki, son bir həftə ərzində İsrailin müxtəlif şəhərlərində baş vermiş hücumlar nəticəsində 10-a yaxın şəxs həlak olub.

Paylaş:
307

Son xəbərlər

Bütün xəbərlər