Pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 1,6 milyard manatdan çox vəsait ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 1,6 milyard manatdan çox vəsait ödənilib

S.Xankişiyeva10:59 - 07 / 04 / 2022
Pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 1,6 milyard manatdan çox vəsait ödənilib

Cari ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 1 milyard 613 milyon manat vəsait ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən 1news.az-a bildirilib ki, bu ötən ilin eyni dövrünə nisbətən 5,9 faiz və ya 89,7 milyon manat çoxdur.

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əməkhaqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.

Bu artımlar üçün illik əlavə 2,1 milyard manat vəsait ayrılıb, artımların şamil olunduğu şəxslərin sayı isə 3,4 milyon nəfərdir.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər