Zelenski: “Bütün bunlar Rusiyanın qorxaq olmasından qaynaqlanır” | 1news.az | Xəbərlər
Dünya

Zelenski: “Bütün bunlar Rusiyanın qorxaq olmasından qaynaqlanır”

Qafar Ağayev10:02 - 11 / 04 / 2022
Zelenski: “Bütün bunlar Rusiyanın qorxaq olmasından qaynaqlanır”

"Rusiya 8 ildir ki, torpaqlarımızda insanları, uşaqları öldürür və bizi ittiham edirlər”.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Rusiya dövləti Şərqi Avropanın ən güclü sənaye bölgəsini, insanların həyatını məhv etdilər.

"Onlar, bizə qarşı genişmiqyaslı müharibəyə başladılar və biz günahkar çıxarmağa çalışdılar”.

Zelenski bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı siyasət yanlış siyasət yeridiblər.

“Onlar illərdir Ukraynaya qarşı yürütdükləri siyasətin yanlış olduğunu və hər şeyi korladığını etiraf etməkdən qorxurlar. Bütün bunların Rusiyanın qorxaq olmasından qaynaqlanır. Qorxaqlıq böyüdükcə fəlakətə çevrilir. İnsanların səhvlərini etiraf etməyə, üzr istəməyə və həqiqətə uyğunlaşmağa cəsarəti çatmayanda caniyə çevrilirlər. Dünya buna məhəl qoymayanda canilər qərara gəlirlər ki, dünya onlara uyğunlaşmalıdır." " ifadələrdən istifadə etmişdir.

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər