Azərbaycan və Qırğızıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası və Qırğız Respublikası Xarici İşlər Nazirlikləri (XİN) arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən 1news.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Qırğızıstan tərəfindən isə nümayəndə heyətinə nazir müavini Aybek Moldoqaziyev rəhbərlik edib.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran aktual mövzuları, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.
İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.