Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin olunub
Milli Məclisdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv qəbul edilməsi ilə bağlı qərar qəbul edilib.
1news.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumatları deputatların diqqətinə çatdırıb. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.
T.Mirkişili Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib.
Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.