Mehriban Əliyeva Sumqayıtda yanğının söndürülməsində iştirak edən dövlət qurumlarına minnətdarlıq edib
Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Sumqayıtda baş vermiş yanğının söndürülməsi iştirak etmiş dövlət qurumları əməkdaşlarına dərin minnətdarlığını bildirib.
1news.az-ın verdiyi xəbərə görə, paylaşımda deyilir:
“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.
343