İlham Əliyev: “Azərbaycan Ukraynanın da, digər ölkələrin də ərazi bütövlüyünü dəstəkləyir” | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyev: “Azərbaycan Ukraynanın da, digər ölkələrin də ərazi bütövlüyünü dəstəkləyir”

Qafar Ağayev16:26 - 29 / 04 / 2022
İlham Əliyev: “Azərbaycan Ukraynanın da, digər ölkələrin də ərazi bütövlüyünü dəstəkləyir”

“Bizim təcrübəmizə əsaslansaq, əsas məsələ işğalla heç vaxt razılaşmamaqdır”.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə öz təcrübələrinə əsaslanaraq Ukraynaya verə biləcəyi tövsiyələrə dair suala cavab verərkən bildirib.

Dövlət başçısı işğal dövründə Azərbaycanın ərazi bütövlüyünə dair mövqelərini dəyişdirmək barədə dəfələrlə təklif aldığını diqqətə çatdırıb: “Mən deyirdim ki, heç zaman mən və Azərbaycan xalqı torpaqlarımızda daha bir qondarma erməni dövləti yaradılmasına razı olmarıq. Heç vaxt”.

“Əvvəla, bizim təcrübəmiz göstərir ki, ərazi bütövlüyünün pozulmasına əsla razılıq vermək olmaz. İkinci öyrəndiyim məsələ resurslara güvənməkdir. Üçüncüsü, beynəlxalq təşkilatların qərar və qətnamələrinə arxalanmayın. Onların heç bir önəmi yoxdur” – deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ukraynanın da, digər ölkələrin də ərazi bütövlüyünü dəstəkləyir.

Paylaş:
307

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər