Azərbaycan Prezidenti: Fransa ilə münasibətlər bizim üçün hər zaman əhəmiyyətli olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Fransa ilə münasibətlər bizim üçün hər zaman əhəmiyyətli olub

S.Xankişiyeva16:48 - 29 / 04 / 2022
Azərbaycan Prezidenti: Fransa ilə münasibətlər bizim üçün hər zaman əhəmiyyətli olub

Azərbaycanla Fransa arasında güclü mədəni əlaqələr mövcuddur və bizim əməkdaşlığımızın tarixi bunu əyani şəkildə nümayiş etdirir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı əməkdaşlığın bir sıra sahələrində böyük nailiyyətlər olduğunu deyib və qeyd edib ki, dəfələrlə Fransa və Azərbaycan mədəniyyəti günləri keçirilib. Azərbaycanın təxminən 10 şəhəri ilə Fransanın şəhərləri qardaşlaşıb. Bakı Fransız liseyinin, həmçinin Azərbaycan-Fransız Universitetinin açılması çox müsbət nəticələrdir. Bizim çox müxtəlif mədəni münasibətlərimiz davam etməkdədir.

“Amma ümumi siyasi münasibətlərə toxunsaq, qeyd edərdim ki, onlar normaldır, artıq normala qayıdıb. Biz anlayırıq ki, güclü Ermənistan diasporu Fransada nəinki qərarvermə prosesinə, eləcə də insanların beyinlərinə mənfi təsir edir. Fransa ilə münasibətlər bizim üçün hər zaman əhəmiyyətli olub. Çünki Fransa dünyanın öndə gedən, lider ölkələrindən biridir. Biz həmçinin demək istəyirik ki, Azərbaycan heç də Ermənistanın təqdim etdiyi kimi deyil”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər