Ancelinanın Ukraynada yarımçıq yediyi kruasanı satışa çıxarıldı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Ancelinanın Ukraynada yarımçıq yediyi kruasanı satışa çıxarıldı - FOTO

17:43 - 05 / 05 / 2022
Ancelinanın Ukraynada yarımçıq yediyi kruasanı satışa çıxarıldı - FOTO

Məlum olduğu kimi, Hollivud ulduzu Ancelina Coli bir neçə gün əvvəl Ukraynanın Lvov şəhərinə səfər etmişdi.

1news.az axşam.az-a istinadən xəbər verir ki, ilk olaraq şəhərdəki qəhvəxanaların birində görüntülənən aktrisanın yeyib bitirmədiyi kruasanı məkanda təmizlik işini görən kişi satışa çıxarıb. Hazırda çalışdığı işindən məmnun olmadığını bildirən işçi bunun üçün 1 milyon qriven (təxminən 57 min 500 manat) istəyir.

Qeyd edək ki, Ancelina müharibə başlayandan Ukraynaya dəstək olduğunu ifadə edib və qaçqınlara dəstək olmaq üçün dəfələrlə çağırışlar edib.

1news.az

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər