Şöbə müdiri: Dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şöbə müdiri: Dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib

Qafar Ağayev15:07 - 06 / 05 / 2022
Şöbə müdiri: Dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib

Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM ) 17 may – Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransı keçirilib.

1news.az xəbər verir ki, kampaniyanın əsas məqsədi insanlara həyat tərzlərini dəyişmələri, qan təzyiqinə və qanda şəkərin səviyyəsinə nəzarət etmələrinə yönəlib.

Tədbirdə giriş sözü ilə çıxış edən İSİM-in direktor müavini Rahib Məmmədov Səhiyyə Nazirliyi və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparıldığını vurğuluyaraq, insanlara öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağın vacibliyini bildirib.

İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov və digərləri qeyri-infeksion xəstəliklərin müasir dövrün, cəmiyyətin problemi olduğunu nəzərə çatdırıblar. Dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. Xəstəlikləri yaradan əsas səbəblər isə zərərli vərdişlərdir, tütünçəkmədir, spirtli içkilərdən sui-istifadədir, qeyri-sağlam qidalanma və fiziki passivlikdir.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb və qeyri-infeksion xəstəliklərin profilaktikası istiqamətində İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.

Paylaş:
267

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər