Azad olunmuş ərazilərdə bu gün ilk beynəlxalq yarış keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Azad olunmuş ərazilərdə bu gün ilk beynəlxalq yarış keçiriləcək

Qafar Ağayev09:10 - 06 / 05 / 2022
Azad olunmuş ərazilərdə bu gün ilk beynəlxalq yarış keçiriləcək

İşğaldan azad olunmuş torpaqlarda bu gün tarixi hadisə baş verəcək.

1news.az-ın məlumatına görə, Suqovşanda ilk dəfə beynəlxalq turnir təşkil olunacaq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022"də kayak və kanoeçilər yarışacaqlar. Reqatada Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan təmsilçiləri də iştirak edəcəklər.

Artıq turnirin püşkatma mərasimi keçirilib və rəqiblər müəyyənləşib. 1 nəfərlik kayak qayığı ilə 200 və 500 metr məsafələrə yürüşdə Azərbaycan idmançılarından Çingizxan Səttarov, Emil Allahverdiyev, Fərid Məmmədov, Rüfət Rəhimov, Toğrul İsmayılzadə, Ceyhun Vəlixanov, Fuad Əsgərov, Riad İsmayılzadə, Amil Süleymanov, Ramil Mustafayev, Anar İsmayılov, Emil Əliyev, Qiyas Əhmədov, Emil Abdullayev, Nihad Rəhimov, Arif Həsənov, Rəşad Dadaşov və Əzimurad Hacızadə qüvvəsini sınayacaq. Qadınlardan isə Darina Həsənova və Beata Axundova məharətini sərgiləyəcək

2 nəfərlik kayak qayığı ilə eyni məsafələrə yürüşdə Riad İsmayılzadə - Fərid Məmmədov, Çingizxan Səttarov - Rəsul Qədirov, Ramil Mustafayev - Rüfət Rəhimov, Amil Süleymanov - Anar İsmayılov, Əliyev Emil - Abdullayev Emil, Sübhan Həsənov - Azad Musayev, Rəşad Dadaşov - Qiyas Əhmədov, Maarif Qarayev - Ceyhun Vəlixanov və Rüstəm Hüseynov - Krişnadas Hüseynov cütlüyü start xəttinə çıxacaq.

1 nəfərlik kanoe qayığı ilə 200 və 500 metr məsafələrə yürüşdə Elmir Məmmədov, Sənan Məmmədov, Nicat Rəhimov, Nihad Hacıyev, qadınlar arasında isə Gülnarə Həmzəyeva çıxış edəcək.

Yarışın 2-ci günündə akademik avarçəkmə üzrə mübarizə gedəcək. 500, 1000 və 2000 metr məsafələrə yürüşdə Azərbaycanı Nurlan Paşayev, Rauf Nadirov, Rauf Çələbi, Nəsimi Cəfərov, Rəvan Salahov, Əli Zamanlı, Cavidan Gülməmmədov, Səid Məhərrəmov, Bəhruz Səfərov, Azər İlyasov, Fuad Məmmədov, Zaur Cəmilov, Fikrət Həsənov, Əli Məmmədzadə, həmçinin, Rauf Nadirov - Nəsimi Cəfərov, Nurlan Paşayev - Əli Zamanlı, Azər İlyasov - Sabir Məmmədov, Ümid Hüseynli - Nihad Saadov, Zaur Cəmilov - Fuad Məmmədov, Fikrət Həsənov - Əli Məmmədzadə, Bəhruz Səfərov - Məhəmməd Toliboyev, Tacir Hüseynov - Cavidan Gülmmədov və Anar Əhmədov - Abdulla Əfəndiyevdən ibarət cütlük təmsil edəcək.

Qeyd edək ki, yarışlar saat 11:00-da başlayacaq. "Prezident kuboku-2022"yə mayın 7-də yekun vurulacaq.

Paylaş:
302

Son xəbərlər

Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53
Bütün xəbərlər